İcmamıza Qoşulun!
Azerxalça ilə xalça toxumağın maraqlı dünyasını kəşf edin – ən son yeniliklər və həyəcanverici layihələr haqqında məlumatlar üçün bizimlə əlaqə saxlayın, irs və yaradıcılığı birləşdirin.
Azərbaycan zəngin xalçaçılıq sənəti ilə tanınır ki, bu milli irs nəsildən-nəslə, əsasən qadınlar xətti ilə ötürülür. Təcrübəli toxucular uzun müddətdir ki, sirrlərini gənc sənətkarlarla bölüşürlər. Müasir Azərbaycan xalçaçılığının tarixi təxminən 100 illik tarixə malik olan "Azərxalça" təşkilatının yaranması ilə yaxından bağlıdır. İllərlə Azərbaycan xalçalarına dünya miqyasında tələbat artmışdır ki, bu da sənayenin daha da inkişafına səbəb olmuşdur. 1927-ci ildə bir neçə xalçaçılıq emalatxanasının birləşdirilməsi nəticəsində "Azərxalçaittifaq" müəssisənin yaradılması sənətin tarixində əhəmiyyətli addım olmuşdur.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyev 20-ci əsrin ikinci yarısında Azərbaycan xalça mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, 26 aprel 1972-ci il tarixində Azərbaycan Dövlət Xalça Muzeyinin açılışında iştirak edərək Azərbaycan xalçalarının tarixi və sənətkarlığının qorunması və təbliği üçün əhəmiyyətli iş görmüşdür.
2016-cı ilin 5 may tarixində Azərbaycan Respublikasının Prezident İlham Əliyevin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətini təsis etməsi Azərbaycan xalçaçılıq irsində yeni bir mərhələyə gətirdi. Bu addım Azərbaycan xalçaçılığının davamlı inkişafını və müasir dövrlərə uyğunlaşmasını təmin edərək, onun irsində yeni bir səhifə açdı.
Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil ediləndə milli irs üçün başqa bir əsas an baş verdi. Bu tanınma 15-19 noyabr tarixlərində Keniya, Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əldə edilmişdir.
"Azərxalça"da ölkənin kənd ərazilərindən olan təxminən 500 qadın sənətkarlardan ibarət bir komandayıq, üzvlərimizin yaşı 18-dən 80-ə qədər dəyişir. Azərbaycan üzrə müxtəlif bölgələrdə yerləşən 14 emalatxanımızda çalışırıq və ənənəvi xalçaçılıq sənətinin qorunmasına və inkişafına sadiqik. Missiyamız nəinki xalçaçılığın inkişafı, həmçinin, sosial inteqrasiyaya, optimal iş şəraitinin təmin edilməsinə və bacarıqlı qadın sənətkarlarımızın motivasiyasına yönəlir. Bizdən bir əl işi xalça almaqla siz bir regiondan ən azı bir qadını birbaşa dəstəkləyir, onu gücləndirir və onun həyatına birbaşa töhfə vermiş olursunuz.
Biz həmçinin innovasiyaları və müasir rəssamlar və dizaynerlərlə əməkdaşlığı qəbul edir, ənənəvi texnikaları müasir estetika ilə birləşdirərək Azərbaycan xalçaçılığının davamlı aktuallığını və uzunömürlülüyünü təmin edirik.
Azerxalça ilə xalça toxumağın maraqlı dünyasını kəşf edin – ən son yeniliklər və həyəcanverici layihələr haqqında məlumatlar üçün bizimlə əlaqə saxlayın, irs və yaradıcılığı birləşdirin.