QARABAĞ

Qarabağ xalçaları müxtəlif motivlər və kompozisiyalarla xarakterizə olunur. Bunlar medalyonlu, süjetli və ornamental xalçalardır.

Aliş veriş edin

Qarabağ xalçaları kompozisiyaların müxtəlifliyi, həndəsi və nəbati elementləri ilə fərqlənir. Bu qrupa aid olan ən gözəl nümunələrdən “Xətai”, “Bağçadagüllər”, “Çələbi”, “Malıbəyli” xalçalarıdır.

Qarabağ tipli xalçaların kompozisiyası Gəncə- Qazax tipli xalçaların kompozisiyasına nisbətən daha mürəkkəb olur. Qeyd edildiyi kimi, Qarabağ xalçalarında ən çox həndəsiləşmiş, nəbati ornamentlərə rast gəlinir. Qarabağ xalçalarında ən çox qızılı sarı, qırmızı, al- qırmızı, palıdı və çəhrayı rənglərdən istifadə olunur.

Qarabağ xalçaları “qullabi ilmə” üsulu ilə toxunur. Onların əksəriyyəti iri və uzun olur. Qarabağ xalçalarında ilmələr orta və az sıxlığa malik olsa da, bu xalçalar xeyli möhkəmliyi və qalınlığı ilə fərqlənir.

2025 © Azerkhalcha